Məşhur fransız aktrisası Mirey Dark vəfat edib

Məşhur fransız aktrisası Mirey Dark vəfat edib O, "Qara ayaqqabılı ucaboy sarışın" filmində əsas qadın rolunu oynayıb
İncəsənət
1805
28 Avqust , 2017 13:28
Məşhur fransız aktrisası Mirey Dark vəfat edib

Bakı. 28 avqust. REPORT.AZ/ Fransız aktrisa və model Mirey Dark bazar ertəsinə keçən gecə 80 yaşında vəfat edib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

M.Darkın filmoqrafiyasına onlarla film daxildir, amma çoxları onu "Qara ayaqqabılı ucaboy sarışın" filmində əsas qadın rolunu canlandıran qadın kimi xatırlayır.

O, 15 il ərzində Fransa kinematoqrafiyasının ulduzu Alen Delonla yaşayıb, lakin əlaqələri rəsmi qeydiyyata salınmayıb.

Son illərdə aktrisa ciddi sağlamlıq problemlərindən əziyyət çəkib, həmçinin üç dəfə beyninə qan sızıb, iki dəfə ürək əməliyyatı keçirib.

Son xəbərlər

Orphus sistemi