Mərakeşli fotoqraf: “Azərbaycanın gözəlliyini dünyaya göstərmək lazımdır"

Mərakeşli fotoqraf: “Azərbaycanın gözəlliyini dünyaya göstərmək lazımdır" "Azərbaycan – zəngin tarixə, mədəniyyətə, memarlığa və təbiətə malik ölkədir. Bu ölkənin inkişaf etməsinə rəğmən mədəni və adət-ənənə özünəməxsusluğunu qoruyub saxlaması məndə hər zaman heyranlıq doğurub".
İncəsənət
25 May , 2022 16:01
Mərakeşli fotoqraf: “Azərbaycanın gözəlliyini dünyaya göstərmək lazımdır

"Azərbaycan zəngin tarixə, mədəniyyətə, memarlığa və təbiətə malik ölkədir. Bu ölkənin inkişaf etməsinə rəğmən mədəni və adət-ənənə özünəməxsusluğunu qoruyub saxlaması məndə hər zaman heyranlıq doğurub".

Bunu “Report”a Mərakeş səfirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "African Soul" sərgisində işləri nümayiş olunan tanınmış mərakeşli fotoqraf Məhəmməd Tazi bildirib.

“Məndə fotoqrafiyaya sevgi hələ uşaq yaşlarında baş qaldırdı. Həmin vaxt atamın ailəmizin şəklini necə çəkdiyinə baxırdım. Daha sonra dünyanı səyahət edərkən bu marağım daha da artdı, Cənubi Afrika və Tanzaniyaya səfər edərkən safari zamanı vəhşi təbiətə vuruldum”, - fotoqraf deyib.

Onun çəkdiyi fotoşəkillər “National Geographic”, “Forbes”, “Daily Mail”, “The Sun”, “Wild Planet”, “Insider”, “Arab News” kimi tanınmış jurnal və qəzetlərdə dərc olunub. O, 2019-cu ildə Amerika Fotoqrafiya Cəmiyyəti (PSA) tərəfindən keçirilən “İlin fotosu” mükafatının laureatı olub.

M.Tazi hesab edir ki, keyfiyyətli kontent yaratmaq üçün kreativ olmaq lazımdır. Yaradıcı yanaşma ilə çəkilən fotoşəkil qısa zamanda trendə çevrildiyindən hər bir fotoqraf özünəməxsus yanaşmaya malik olmalıdır.

Fotoqraf Azərbaycana səfər etməkdən çox məmnun olduğunu bildirib.

“Bu ölkənin inkişaf etməsinə rəğmən mədəni və adət-ənənə özünəməxsusluğunu qoruyub saxlaması məndə hər zaman heyranlıq doğurub. Bu ölkənin gözəlliyini dünyaya göstərmək lazımdır. Azərbaycan buraya dəfələrlə səfər etməyə layiq ölkədir”, - M.Tazi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi