Madam Tüsso muzeyində Melanya Trampın heykəli qoyulub

Madam Tüsso muzeyində Melanya Trampın heykəli qoyulub Heykəl muzeyin Nyu-Yorkda yerləşən bölməsində sərgilənir
İncəsənət
26 Aprel , 2018 06:09
Madam Tüsso muzeyində Melanya Trampın heykəli qoyulub

Bakı. 26 aprel. REPORT.AZ/ Madam Tüssonun Nyu-Yorkda yerləşən muzeyində ABŞ-ın birinci xanımı Melanya Trampın mumdan hazırlanmış heykəli qoyulub.

“Report” xəbər verir ki, bu barədə məlumat muzeyin saytına yerləşdirilib.

Bildirilir ki, o, Amerika prezidenti Donald Trampın mum heykəlinin yanına qoyulub.

Yenilənmiş ekspozisiyaların ilk ziyarətçilərindən biri Ağ evin keçmiş mətbuat katibi Şon Spayser olub.

Son xəbərlər

Orphus sistemi