Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub.
İncəsənət
24 Aprel , 2019 23:54
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Qırğızıstanın xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub.

Səhnə əsərində hadisələr bugünlərdə cərəyan edir. Kənddə böyüyən, sonradan Rusiyada təhsil alıb geri qayıdan gəncin ailə qurmaq problemi önə çəkilir. Ailələrin maraqları bir-birini sevən iki gəncin sevgilərini arxa plana keçirir.

Əsərdə toy ərəfəsində ortaya çıxan köhnə adət-ənənələr, əngəllər, gözlənilməz vəziyyətlər öz əksini tapır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.

Son xəbərlər

Orphus sistemi