Latviyalı rəssam: "Bir çoxları əsərlərimdə Azərbaycan xalçaları ilə bənzərlik görür"

Latviyalı rəssam: "Bir çoxları əsərlərimdə Azərbaycan xalçaları ilə bənzərlik görür" “Bir çoxları əsərlərimin Azərbaycan xalçaları ilə bənzərliyi olduğunu deyirlər”.
İncəsənət
19 Noyabr , 2021 18:11
Latviyalı rəssam: Bir çoxları əsərlərimdə Azərbaycan xalçaları ilə bənzərlik görür

“Bir çoxları əsərlərimin Azərbaycan xalçaları ilə bənzərliyi olduğunu deyirlər”.

Bunu “Report”a müsahibəsində latviyalı tekstil rəssamı İveta Vesenane bildirib.

Əsərləri Bakıda keçirilən “All in Two” sərgisində nümayiş olunan rəssam ən irihəcmli əsəri üzərində 6 ay çalışdığını bildirib: “Bu sapları bir-bir toplayaraq vahid kompozisiya yaradıram. Xeyli uzun və zəhmətli işdir, burada təcrübədən çox şey asılıdır”.

Hər bir rəssamın əsərlərini müxtəlif ölkələrdə tanıtmaq arzusunda olduğunu qeyd edən sənətkar Azərbaycanda əsərlərinin rəğbətlə qarşılandığını deyib: “Sərgiyə gələnlər də çoxdur. Azərbaycanda bir çoxları əsərlərimdə Azərbaycan xalçaları ilə bənzərlik görürlər”.

Latviyalı rəssam Azərbaycan xalçalarını çox bəyəndiyini də dilə gətirib: “Ən çox da qədimi, köhnəlmiş xalçalar xoşuma gəlir. Bu xalçaların hər birinin öz tarixi, öz taleyi var. Milli Xalça Muzeyində olanda möhtəşəm xalçalar gördüm”.

Son xəbərlər

Orphus sistemi