"Labirintdə qaçan" filminin "CinemaPlus Ganjlik Mall"da premyera öncəsi nümayişi keçirilib - FOTO

"Labirintdə qaçan" filminin "CinemaPlus Ganjlik Mall"da premyera öncəsi nümayişi keçirilib - FOTO Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Ues Bolldur
İncəsənət
24 Yanvar , 2018 21:09
Labirintdə qaçan filminin CinemaPlus Ganjlik Mallda premyera öncəsi nümayişi keçirilib - FOTO
Report/Firi Salim

Bakı. 24 yanvar. REPORT.AZ/ "CinemaPlus Ganjlik Mall"da fantastika, triller, savaş janrında olan "Labirintdə qaçan" filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, ekran əsərində baş rolları məşhur ulduzlar - Walton Goggins, Kaya Scodelario, Dylan O'Brien ifa edirlər.

Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Ues Bolldur.

Filmin süjet xəttinə görə, Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, POROK tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdır. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.

Son xəbərlər

Orphus sistemi