Kukla Teatrı Rusiyada keçirilən festivalda iştirak edib

Kukla Teatrı Rusiyada keçirilən festivalda iştirak edib Bakı. 11 oktyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında “Ağ və qara” tamaşası ilə iştirak edib.
İncəsənət
11 Oktyabr , 2018 14:02
Kukla Teatrı Rusiyada keçirilən festivalda iştirak edib
Report
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında “Ağ və qara” tamaşası ilə iştirak edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. 

Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da Kukla Teatrının tamaşası festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Qeyd edək ki, MDB ölkələrinin mədəniyyət ili çərçivəsində təşkil olunan bu festival S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

Son xəbərlər

Orphus sistemi