Kolumbiyanın Azərbaycandakı səfirliyi sənədli film nümayişi təşkil edib

Kolumbiyanın Azərbaycandakı səfirliyi sənədli film nümayişi təşkil edib Kolumbiyanın Azərbaycandakı səfirliyi “Nizami” kinoteatrında “Colombia Bio” silsiləsindən “Hər şey bir fraqmentdir” adlı sənədli filmin nümayişini təşkil edib və Kolumbiya Bankının illüstrasiyalarından ibarət “Yaşasın Kəpənəklər!” adlı sərgi keçirib.
İncəsənət
13 Oktyabr , 2022 18:11
Kolumbiyanın Azərbaycandakı səfirliyi sənədli film nümayişi təşkil edib

Kolumbiyanın Azərbaycandakı səfirliyi “Nizami” kinoteatrında “Colombia Bio” silsiləsindən “Hər şey bir fraqmentdir” adlı sənədli filmin nümayişini təşkil edib və Kolumbiya Bankının illüstrasiyalarından ibarət “Yaşasın Kəpənəklər!” adlı sərgi keçirib.

“Report” xəbər verir ki, filmin nümayişi “Kolumbiyanın Xaricdə Təşviqi planı” çərçivəsində baş tutub.

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Mariya Anxelika Stir Varela bildirib ki, Kolumbiyanın 58 mindən çox flora və fauna növünə malik olduğu üçün dünyanın ən biomüxtəlif ölkələri siyahısına başçılıq edir, həmçinin planetin ən böyük şirin su ehtiyatları və tropik meşələrinə və dünyaya açılan iki böyük pəncərəyə - Sakit və Atlantik Okeana sahibdir.

Diplomatın sözlərinə görə, Kolumbiya kəpənək növlərinə görə lider ölkələrdən biridir: “Rəqəmlər də sübut edir ki, Kolumbiya rəsmi olaraq ən çox kəpənək növü olan ölkələrdən biridir, çünki hər beş kəpənəkdən biri bizim ölkəmizdə yaşayır. Başqa sözlə desək, planetdəki bütün kəpənəklərin 20%-i bizim ərazimizdə yaşayır”.

Rejissor Karlos Osunanın “Hər şey bir fraqmentdir” adlı sənədli filmi isə Kolumbiyanın Kauka bölgəsində yerləşən bəzi kəndlərdə lentə alınıb və sakinlərinin bəzən ümidsizliklə dolu səslərinin təbiətin səsləri və coşğunluğa ilə qarışdığı bir hekayədən bəhs edir.

“Yaşasın Kəpənəklər!” adlı fotosərgi Kolumbiyadakı kəpənək növlərinin müxtəlifliyini göstərir, onların harada yaşadıqlarını və necə çoxaldıqlarını izah edir, həmçinin meşələri, vadiləri və çəmənlikləri qorumağa dəvət edir.

Son xəbərlər

Orphus sistemi