Kaliforniyanın San Dieqo şəhərində “Əli və Nino” filminin premyerası keçirilib

Kaliforniyanın San Dieqo şəhərində “Əli və Nino” filminin premyerası keçirilib Tamaşaçılar flimin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar
İncəsənət
10 May , 2017 10:23
Kaliforniyanın San Dieqo şəhərində “Əli və Nino” filminin premyerası keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan istehsalı olan “Əli və Nino” filminin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, film San Dieqonun tanınmış “Regal Cinema” kinoteatrında təqdim olunub.

Nümayişdən öncə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Əli və Nino” filmində tərənnüm edilən multikulturalizm və dinlərarası harmoniya prinsiplərinin tarix boyu olduğu kimi, bu gün də Azərbaycan üçün keçərli olduğunu və bu ənənələrin ölkədə həyat tərzi olaraq getdikcə daha da gücləndiyini diqqətə çatdırıb.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan kinematoqrafiyasının tarixi, eləcə də azərbaycanlı yazar tərəfindən yazılan və Vyanada 1937-ci ildə ilk dəfə nəşr olunan “Əli və Nino” əsəri barədə tamaşaçılara məlumat verərək, əsərin indiyədək 33 dilə tərcümə olunduğunu qeyd edib.

Sonra film nümayiş etdirilib. Tamaşaçılar flimin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar.

Qeyd edək ki, Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu 2011-ci ildə qardaşlaşma münasibətləri qurublar.

Son xəbərlər

Orphus sistemi