İncəsənət layihəsindən əldə olunan vəsait KMDF-yə ianə edildi

İncəsənət layihəsindən əldə olunan vəsait KMDF-yə ianə edildi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədi ilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib.
İncəsənət
6 May , 2020 20:24
İncəsənət layihəsindən əldə olunan vəsait KMDF-yə ianə edildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədi ilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib. 

"Report" xəbər verir ki, layihə çərçivəsində Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilib.

Əsərlər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılıb. Auksion aprelin 30-da başa çatıb və əsərlərin hər biri satılıb.

Auksiondan əldə olunan vəsait tam olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Son xəbərlər

Orphus sistemi