"I əməliyyatı" filmindən tanınan aktrisa dünyasını dəyişib

İncəsənət
  • 31 yanvar, 2019
  • 20:30
I əməliyyatı filmindən tanınan aktrisa dünyasını dəyişib

Bakı. 1 fevral. REPORT.AZ/ Sovet və Rusiya aktrisası, Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Rossiya K" kanalı ("Mədəniyyət") öz "Twitter" səhifəsində məlumat yayıb.

"Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilir.

Berezutskaya Azərbaycan tamaşaçısına daha çox "I əməliyyatı və Şurikin digər macəraları" filmindən (1965) tanışdır. O həmçinin "Durnalar uçur" (1957), "Əsgər haqqında ballada" (1959), "Pokrovskie qapıları" (1982), "Qarı nənələr" (2003), "Gündüz gözətçisi" (2006), "Əlahəzrətin adyutantı" və s ekran əsərlərində rol alıb.

Aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində keçindiyi bildirilir.