Hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik Odişa əyalətinin şərqindəki Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə Santa Klausun qum və pomidor heykəlini ictimaiyyətə təqdim edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə usta özünün tviter səhifəsində yazıb.
Ustanın dediyinə görə, o, eni 60 fut (18,2 m) və hündürlüyü 27 fut (8,2 m) olan heykəli 15 şagirdinin köməyi ilə yaradıb.
"Santa, Odişadakı Qopalpur çimərliyində 1,5 ton pomidordan ibarət dünyanın ən böyük pomidor və qumdan ibarət Santa Klaus abidəsidir. Bu heykəl 27 fut hündürlükdə və 60 fut enindədir. Tələbələrim heykəli tamamlamaq üçün bir araya gəldilər. 2022-ci ilin Milad bayramınız mübarək", - o sosial şəbəkə hesabında yazıb.