Mərkəzdən "Report"a verilən məlumata görə, ekspozisiyada Azərbaycanı tərənnüm edən, onu kəşf etməyə imkan verən əsərlər nümayiş olunacaq.
Reza Deqati indiyədək dərc olunmamış fotolarından ibarət bu sərgi vasitəsilə izləyicilərə zəngin diyarın mənzərəsini, mədəniyyətini, tarixini göstərəcək.
Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir. Onun əsərləri bütün dünyada sərgilənir.
“National Geographic” Cəmiyyətinin tədqiqatçısı və “Ashoka” Fondunun baş mütəxəssisi olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. Missuri Universitetinin “Şərəf ” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.
Reza Deqatinin əsərləri eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda