Gürcüstanın iki azərbaycanlı gənci ATƏT-in təşəbbüsü ilə çəkilən sənədli filmdə yer alıb

Gürcüstanın iki azərbaycanlı gənci ATƏT-in təşəbbüsü ilə çəkilən sənədli filmdə yer alıb Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gürcüstandakı müvəqqəti missiyası ölkədə yaşayan milli azlıqlardan olan uğurlu gənclər haqqında sənədli filmin çəkilişlərini davam etdirir.
İncəsənət
28 Sentyabr , 2019 10:47
Gürcüstanın iki azərbaycanlı gənci ATƏT-in təşəbbüsü ilə çəkilən sənədli filmdə yer alıb

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gürcüstandakı müvəqqəti missiyası ölkədə yaşayan milli azlıqlardan olan uğurlu gənclər haqqında sənədli filmin çəkilişlərini davam etdirir.

“Report”un yerli bürosu xəbər verir ki, filmin növbəti azərbaycanlı gənc qəhrəmanı Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistri Əli Bədirov olub.

Ötən gün Tbilisidə baş tutan çəkilişlərdə Ə.Bədirov əldə etdiyi uğurlar, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyəti və gələcək məqsədləri barədə danışıb. O həmçinin bu ilin may ayında Marneulidə icra hakimiyyəti başçısı vəzifəsinə baş tutan seçkilərə namizəd kimi qatılması və 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı planları barədə də söz açıb.

ATƏT missiyasının hazırladığı sənədli filmin əsas qəhrəmanları milli azlıqlardan olan dörd uğurlu və perskpektivli gəncdir. Onlardan ikisi azərbaycanlı, ikisi isə erməni gənclərini təmsil edir.

Filmin digər azərbaycanlı qəhrəmanı Vahid Milli Hərəkat Partiyasının Marneuli təşkilatının rəhbəri Aqil Mustafayev olub. Ekran əsərinin onunla bağlı hissəsinin çəkilişləri artıq həyata keçirilib.

Qeyd edək ki, sənədli film bir neçə Avropa ölkəsində, o cümlədən İsveçrədə də təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi