Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilir - FOTOREPORTAJ

İncəsənət
  • 07 oktyabr, 2017
  • 08:11
Gürcüstan paytaxtında Tbilisoba bayramı keçirilir - FOTOREPORTAJ
Report

Tbilisi. 7 oktyabr. REPORT.AZ/ Bu gün Gurcüstan paytaxtında ənənəvi "Tbilisoba" bayramı keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, artıq 38-ci dəfədir keçirilən bu bayram həm də, məhsul bayramı adlanır.

Bayram münasibətilə Tbilisinin mərkəzi küçə və meydanları rəngarəng bəzədilib, müxtəlif geyim, yemək və bəzək əşyaları nümayiş etdirilir. Həmçinin, təzə yığılmış, tədarük edilmiş məhsulların satışı təşkil olunub.

"Barataşvili" körpüsünün üstündə qədim və müasir avtomobillərin də sərgisi açılıb.

Bu ilki bayramda bəzi ölkələrin səfirlikləri də iştirak edirlər. Səfirliklər ölkələrinə aid milli geyim, şirniyyat və digər məhsulları nümayiş etdiriblər.

Bayram münasibəti ilə təşkil olunmuş konsertdə xarici ölkələrin musiqi kollektivləri də çıxış ediblər.

"Tbilisoba" bayramı iki gün davam edəcək.