Gürcüstan azərbaycanlıları üçün “Əli və Nino” tamaşası ödənişsiz nümayiş etdiriləcək

Gürcüstan azərbaycanlıları üçün “Əli və Nino” tamaşası ödənişsiz nümayiş etdiriləcək Səhnə əsərində Azərbaycan müsiqilərindən də istifadə olunub
İncəsənət
6 Noyabr , 2018 17:05
Gürcüstan azərbaycanlıları üçün “Əli və Nino” tamaşası ödənişsiz nümayiş etdiriləcək

Tbilisi. 6 noyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda noyabrın 9-da “Əli və Nino” tamaşası nümayiş etdiriləcək.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Marneuli Mədəniyyət Mərkəzində göstəriləcək tamaşaya giriş sərbəst olacaq.

Gürcüstan və Azərbaycanın ilk respublikalarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş səhnə əsəri İvane Maçabeli adına Tsxinval Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Tamaşanın rejissoru Qoça Kapanadzedir.

Tamaşanın nümayişi Marneuli sakinlərinə Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəklədiyi və etnik azlıqların inteqrasiyasına dəstəyə yönəlmiş “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində təşkil olunacaq.

Qeyd edək ki, Gürcüstanda ilk dəfə səhnələşdirilmiş “Əli və Nino” tamaşasının premyerası bu ilin may ayının 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda keçirilib. Səhnə əsərində Azərbaycan müsiqilərindən də istifadə olunub.

Son xəbərlər

Orphus sistemi