Gəncədə əlillərin əl işlərindən ibarət sərgi təşkil olunub

Gəncədə əlillərin əl işlərindən ibarət sərgi təşkil olunub Gəncə. 24 dekabr. REPORT.AZ/ Gəncə şəhərində əlillərin əl işlərindən ibarət sərgi təşkil olunub.
İncəsənət
24 Dekabr , 2018 17:10
Gəncədə əlillərin əl işlərindən ibarət sərgi təşkil olunub

Gəncə. 24 dekabr. REPORT.AZ/ Gəncə şəhərində əlillərin əl işlərindən ibarət sərgi təşkil olunub. 

"Report"un Qərb bürosunun məlumatına görə, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində keçirilib. 

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə 10-a yaxın istedadlı əlilin yüzə yaxın əl işi sərgilənib. Onların sırasında Azərbaycanın tarixini, bu gününü, milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif rəsm əsərləri, dekorativ tətbiqi sənət və toxuculuq nümunələri yer alıb.

Tədbir əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və maddi rifah halının yaxşılaşmasına dəstək olmaq məqsədi daşıyıb.

Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral adından iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi