Gənc Tamaşaçılar Teatrında “Məlikməmmədin nağılı” tamaşasının məşqlərinə başlanılıb
- 11 aprel, 2017
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 aprel. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında “Məlikməmmədin nağılı” tamaşasının məşqləri başlayıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xalq nağılı əsasında hazırlanan səhnə əsəri may ayının ortalarında yeni fərqli yozum və tərtibatla tamaşçılara təqdim olunacaq.
Xalq artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Tamaşada əsas obrazları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Ramiq Nəsirov, Elşən Şıxəliyev və Yusif Dadaşov canlandıracaqlar.