Gənc Tamaşaçılar Teatrında bayram münasibəti ilə tamaşalar nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrında bayram münasibəti ilə tamaşalar nümayiş olunacaq Tamaşalar martın 18-dən 25-dək saat 12:00, 14:00 və 16:00-da göstəriləcək
İncəsənət
15 Mart , 2017 18:06
Gənc Tamaşaçılar Teatrında bayram münasibəti ilə tamaşalar nümayiş olunacaq

Bakı. 15 mart. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında Novruz bayramı münasibəti ilə nümayiş olunacaq tamaşaların tarixləri açıqlanıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bayram günlərində teatrda A.Şaiqin “Tıq-tıq xanım”, xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Lindqrenin “Uzuncorab Pippi” və “Balaca və damda yaşayan Karlson”, H.X.Andersenin “Çirkin ördək balası”, X.Əlibəylinin “Aycan”, A.Tolstoyun “Buratinonun macəraları” tamaşaları göstəriləcək.

Tamaşalardan əvvəl Novruzun əsas personajları - Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Tamaşalar martın 18-dən 25-dək saat 12:00, 14:00 və 16:00-da göstəriləcək.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət" mərkəzlərindən, eləcə də Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi