Gənc Tamaşaçılar Teatrında azərbaycanlıların soyqırımı ilə bağlı tamaşa nümayiş olunacaq

İncəsənət
  • 29 mart, 2018
  • 16:58
Gənc Tamaşaçılar Teatrında azərbaycanlıların soyqırımı ilə bağlı tamaşa nümayiş olunacaq

Bakı. 29 mart. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında azərbaycanlıların soyqırımına həsr olunmuş tamaşa nümayiş etdiriləcək. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanıb.

Martın 31-də saat 19:00-da nümayiş olunacaq tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarıb. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. “Ünvansız qatar” pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə, yaşadıqları faciələr və daxili əzabları onları sıxır.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları əməkdar artistlər - Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar - Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva ifa edirlər.

44 filmi