Gənc Tamaşaçılar Teatrı "Zəfər yolu" adlı tamaşa hazırlayır

Gənc Tamaşaçılar Teatrı "Zəfər yolu" adlı tamaşa hazırlayır Gənc Tamaşaçılar Teatrı (GTT) “Zəfər yolu” adlı yeni tamaşa hazırlayır.
İncəsənət
115
20 Sentyabr , 2021 13:50
Gənc Tamaşaçılar Teatrı Zəfər yolu adlı tamaşa hazırlayır

Gənc Tamaşaçılar Teatrı (GTT) “Zəfər yolu” adlı yeni tamaşa hazırlayır.

"Report" xəbər verir ki, əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqalarının iştirak edəcəyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur.

Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izlənir, ölkənin taleyüklü dönəmində nümayiş etdirilən həmrəyliyimiz elə tamaşanın da ana xəttinə çevrilir.

Qeyd edək ki, tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkil etdiyi “4.4 Qısa Tamaşalar Festivalı”nda nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi