Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru xalq artisti Vaqif Əsədovdur.
Yeni mövsümdə ilk tamaşalar sentyabrın 22-də nümayiş olunacaq. Həmin gün saat 14:00-da uşaqlar üçün P.Cullifordun “Şirinlər”, 19:00-da isə böyüklər üçün Məhəmməd Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.