"Forbes" 2018-ci ilin ən çox qazanan aktyorunun adını açıqlayıb

"Forbes" 2018-ci ilin ən çox qazanan aktyorunun adını açıqlayıb Bakı. 22 avqust. REPORT.AZ/ Corc Kluni Forbesin versiyasına görə, 2018-ci ilin ən yüksəkmaaşlı aktyoru olub. O, 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.
İncəsənət
22 Avqust , 2018 20:59
Forbes 2018-ci ilin ən çox qazanan aktyorunun adını açıqlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Corc Kluni "Forbes"in versiyasına görə, 2018-ci ilin ən yüksəkmaaşlı aktyoru olub. O, 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Nəşrin yazdığına görə, Kluninin gəlirlərini, onun aktyorluq işi ilə yanaşı, bir milyard dollara yaratdığı "Casamigos Tequila" şirkətinin tekila satışından əldə etdiyi vəsait də artırıb.

2017-ci ildə "Forbes"in reytinqində birinci yeri Mark Uolberq tutub. Həmin vaxt onun illik gəliri 68 milyon dollar təşkil edib.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir. Liderlər üçlüyünü ilə 81 mln. dollar qazanan Kiçik Robert Dauni qapayıb.

Son xəbərlər

Orphus sistemi