Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub Bakı. 17 sentyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.
İncəsənət
17 Sentyabr , 2018 17:56
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
Report/ Elchin Murad

Bakı. 17 sentyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.

“Report” xəbər verir ki, tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq Azərbaycanda mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb: "Azərbaycan musiqisi hər zaman xalqımızın qürur mənbəyi olub. Dünyada başqa bir yaradıcılıq növü tanımıram ki, komponentlərin üçü də ayrılıqda bəşəriyyət tərəfindən qorunsun. Bizim muğamımız, tarımız və kamanımız UNESCO tərəfindən qorunur. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub".

Sonra mükafatlar təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Mərasimdə həmçinin Nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.

Qeyd edək ki, fəxri adlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə verilib.

Son xəbərlər

Orphus sistemi