“CinemaPlus”da “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO “Akvamen” DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmidir
İncəsənət
19 Dekabr , 2018 13:18
“CinemaPlus”da “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında fantastik ekşn janrında olan “Akvamen” filminin premyeradan öncə nümayişi keçirilib.

“Report”un xəbərinə görə, mərasimə fotograf Eyyub Qurbanov (El Lobo) dəvət olunub. 

Onu məşhur stilist Nata İsmaylova filmin baş qəhramanı kimi qrim edib. İştirakçılar böyük həvəslə onunla şəkil çəkdiriblər. 

Həmin gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqer və böyük təşkilat rəhbərləri dəvət alıblar. Filmə olan böyük maraq kinoteatrın ən böyük zalında boş yerlərin olmamasına səbəb olub.

“Akvamen” DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmidir. Erkan əsərindən ayrılmağın mümkün olmamağının əsas səbəblərindən biri - sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər üzrə ixtisaslaşmış bir neçə şirkət işləyib və nəticə həqiqətəndə təsirli olub. 

Filmdə baş rolu – havayalı, “Taxt oyunları” filmində Kxala Droqonu və “Konan-barbar” filmində Konan rolununda çəkilən müasir dövrün ən brutal aktyorlarından olan Ceyson Momoa oynayıb. Bütün həyatının məhəbbəti - kürənsaçlı Meranı Ember Herda oynayıb. Nikol Kidman Akvamenin anası Atlannanı oynayıb. Uillyem Defo baş qəhrəmanın müəllimidir. Dolf Lundqren isə Akvamenin gələcək qayınatası şah Nereusucanlandırıb. 

Filmin rejissoru “Mişar”, “Astral”, “Cadu” filmləri və həmçinin “Forsaj” franşizəsinin yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır.

Ekran əsərinin süjet xəttinə əsasən, Artur Karri mayak işçisi Tom Karri və Atlanna adlı qadının oğludur. Artur artıq yeniyetmə yaşlarında inanılmaz güc və sürət toplayır, həmçinin su altında nəfəs almaq və balıqlarla danışa bilmək bacarıqlarını sərgiləyirdi. Ölüm ayağında ikən Atlanna oğluna həqiqəti danışır: o, bir zamanlar sürgün olunmuş Atlantida kraliçası idi və Arturun bir gün yeddi dənizin hökmdarı olacağına vəd verib. Atası ona təhsil verir və bacarıqları idarə etməyi öyrədir, bu isə onun Akavmen adlı qəhrəmana çevrilməsi ilə nəticələnir.

Tədbirin təşkilinə Red Bull, “Azeri Express” kuryer xidməti, Ganja Sharab, Paco Rabanne və Ideal Perfumery&Cosmetics parfumeriya və kosmetika mağazalar şəbəkəsi dəstək olub. 

Son xəbərlər

Orphus sistemi