"Eurovision-2022" Turin şəhərində keçiriləcək

"Eurovision-2022" Turin şəhərində keçiriləcək "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi 2022-ci ildə Turin şəhərində keçiriləcək.
İncəsənət
8 Oktyabr , 2021 12:10
Eurovision-2022 Turin şəhərində keçiriləcək

"Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi 2022-ci ildə Turin şəhərində keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, İtaliya Radio və Televiziya Korporasiyasının (RAI) rəhbərliyi yaxın vaxtlarda bu qərarı rəsmən elan edəcək.

Lakin Turinin namizədliyi artıq təsdiqlənib.

Qeyd edək ki, İtaliya "Maneskin" qrupunun qələbəsindən sonra "Eurovision"a ev sahibliyi etmək hüququ qazanıb. Bu, İtaliya üçün "Eurovision" tarixində üçüncü, 1990-cı ildən bəri ilkdir.

Son xəbərlər

Orphus sistemi