Emin Ağalarov Gəncədə konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO

Emin Ağalarov Gəncədə konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO Video əlavə olunub
İncəsənət
28 Oktyabr , 2019 12:37
Emin Ağalarov Gəncədə konsert proqramı ilə çıxış edib - FOTO - VİDEO
Foto: "Report"

Video əlavə olunub


*** 27 oktyabr, saat 23:13

Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar-müğənni Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, konsertdə Gəncədən olan deputatlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.

Emin Ağalarov tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib.

Konsert Gəncə sakinlərinin coşqusu və alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.

Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.  

Son xəbərlər

Orphus sistemi