DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar üçün tədbir keçirilib

DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar üçün tədbir keçirilib Zəhra Quliyeva: "Məqsəd belə uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir"
İncəsənət
6 İyun , 2018 13:09
DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar üçün tədbir keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərini davam etdirir. 

"Report" xəbər verir ki, tədbirlər çərçivəsində bu gün daun sindromlu uşaqlar üçün xeyriyyə konserti keçirilib.

Tədbirdə Daun sindromlu şəxslərin cəmiyyətə daha yaxından inteqrasiyasının təmin edilməsi ilə bağlı dövlətimizin bu sahəyə göstərdiyi hərtərəfli qayğıdan danışılıb. Xüsusi vurğulanıb ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Daun sindromlu şəxslər onlara yaradılan şərait və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və daim onları yada salan, problemləri ilə maraqlanan Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DTX-nın əməkdaşı Akif Qasımov, Əməkdar Artist Cabir İmanov, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov xeyriyyə tədbirinin dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə növbəti töhfə olduğunu qeyd ediblər. Bildirilib ki, Daun sindromlu uşaqlar cəmiyyətdən kənarda olmadıqlarını daim hiss etməli və bu işdə onlara hamılıqla dəstək verilməlidir. DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən bu cür xeyriyyə aksiyalarının davamlı olacağı diqqətə çatdırılıb.Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova belə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən danışıb və tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.Tədbirə dövlətin uşaq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsində fəal iştirak edən QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar, o cümlədən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının sakinləri olan uşaqlar da qatılıblar.Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bədii hissədə DTX-nin Mədəniyyət Mərkəzinin və digər yaradıcı kollektivlərin yüksək səviyyədə hazırladıqları konsertdə Xalq Artisti Faiq Ağayevin, tanınmış incəsənət ustalarının, o cümlədən populyar müğənnilər Azad Şabanovun, Günay İbrahimlinin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fləşmobu tədbirə xoş ovqat bəxş edib.Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi