"Doğma Diyar" respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

"Doğma Diyar" respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib Bakı. 26 dekabr. REPORT.AZ/ Xətai Sənət Mərkəzində Doğma Diyar respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.
İncəsənət
26 Dekabr , 2017 17:25
Doğma Diyar respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib
Report/ Orkhan Azim

Bakı. 26 dekabr. REPORT.AZ/ Xətai Sənət Mərkəzində "Doğma Diyar" respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

"Report" xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, milli adət-ənənələrin təbliği, bədii və estetik zövqün formalaşdırılması, istedadlı uşaq və gəncləri üzə çıxarmaqdır.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və bir sıra rəsmilər iştirak edib.

Müsabiqədə 15 yaşa qədər olan 800-ə yaxın uşaq, 1700-ə qədər əsəri ilə iştirak edib. Sərgidə birinci, ikinci və üçüncü yerlərin qaliblərinə Azərbaycan Dövlət Rəsm Qalereyasının təsis etdiyi Qran Piri mükafatının xüsusi fərqlənmə diplomu və mükafatı təqdim olunub.

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi