Çırağan Sarayında azərbaycanlı dizaynerin kolleksiyası nümayiş olunub

Çırağan Sarayında azərbaycanlı dizaynerin kolleksiyası nümayiş olunub Zemfira Musayevanın Lina Aliyeva ilə birlikdə hazırladığı dizaynlar 50-dən çox model tərəfindən təqdim olunub
İncəsənət
7 Fevral , 2018 10:57
Çırağan Sarayında azərbaycanlı dizaynerin kolleksiyası nümayiş olunub

Bakı. 7 fevral. REPORT.AZ/ İstanbulun Çırağan Sarayında azərbaycanlı dizayner Zemfira Musayevanın kolleksiyası nümayiş olunub.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, modelyerin "Anna Karenina" romanı əsasında hazırladığı kolleksiyanın dəfiləsi böyük maraqla qarşılanıb.

Z.Musayevanın Lina Aliyeva ilə birlikdə hazırladığı dizaynlar 50-dən çox model tərəfindən təqdim olunub. Dəfilədəki geyimləri hazırladığı bijuteriyalar ilə dünyada tanınan Pariza Maghzianın aksessuarları tamamlayıb.

Son xəbərlər

Orphus sistemi