Çingiz Mustafayev: "Səhnə üçün “Truth” mahnısından ilham alınıb"

Çingiz Mustafayev: "Səhnə üçün “Truth” mahnısından ilham alınıb" “Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu, tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb. İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrıyır və mən onu mexaniki ürəklə əvəz etməliyəm”.
İncəsənət
7 May , 2019 19:31
Çingiz Mustafayev: Səhnə üçün “Truth” mahnısından ilham alınıb

“Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu, tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb. İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrıyır və mən onu mexaniki ürəklə əvəz etməliyəm”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanı “Eurovision 2019”da təmsil edən Çingiz Mustafayev deyib.

"Hansısa bir robot mənə ürək ağrımdan canımı qurtarmağa və keçmiş sevgilimi unutmağa kömək edir. Başa düşürəm ki, məni ancaq həqiqəti qəbul etmək, zəhərli sevgini dayandırmaq və ürəyimi işığa açmaq müalicə edə bilər", - o bildirib.

Unikal qrafik Çingiz Mustafayevin səhnədə tək olmasına baxmayaraq, sevgi hekayəsinin dramaturgiyasını anlatmağa kifayət edir. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pinkin “The BRIT Awards 2019”da çıxışında da iştirak edib.

Azərbaycanın “Eurovision 2019” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlamasında “Truth”un səhnə quruluşunun vizual cəhətdən heyranedici və cəsarətli olduğunu açıqlayıb: “Azərbaycan 11 ildir ki, “Eurovision”da iştirak edir və siz bizim nümayəndə heyətinin yaddaqalan, atəşli, hətta romantik quruluşlarını görmüsünüz. Lakin bu, tamamilə yeni və emosionaldır. Səbirsizliklə tamaşaçıların Çingizlə bağlı fikirlərini gözləyirəm”.

Qeyd edək ki, Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalında 18 nömrə altında səhnəyə çıxacaq.

Son xəbərlər

Orphus sistemi