“CinemaPlus” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli proqram hazırlayıb - VİDEO

“CinemaPlus” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli proqram hazırlayıb - VİDEO Bakı. 1 iyun. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin, Mehriban Zeynalovanın “Təmiz həyat” İctimai birliyinin, Daun sindromlu və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.
İncəsənət
1 İyun , 2018 16:17
“CinemaPlus” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli proqram hazırlayıb - VİDEO

Bakı. 1 iyun. REPORT.AZ/  “CinemaPlus 28 Mall” premium kinoteatrında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin, Mehriban Zeynalovanın “Təmiz həyat” İctimai birliyinin, Daun sindromlu və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.

"Report" xəbər verir ki, 125 nəfərə yaxın uşaq kloun Aquşanın çıxışını izləyib.

Daha sonra gənc tamaşaçılar 2018-ci ildə “Cinemazadeh” studiyası tərəfindən azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Ağ atlı şahzadə” animasiya filmini izləyiblər.

Filmi Kəmalə Piriyeva, Vüsal Murtuzəliyev, Zümrüd Bədəlova, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, Elman Rəfiyev, Səid Nizami, Nəzakət Məmmədli, Hüsniyyə Mürvətova, Xumar Səlimova, Samirə Rəcəbli, Zemfira Əbdülsəmədova, Rövşən Məmmədli və Xətai Əli səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru və səs operatoru Natiq Şəkər Əli, tərcüməçi Afaq Vasifqızı, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ailəvi komediya cizgi filminin rejissoru Ross Venokurdur.

Animasiya filmində yaraşıqlı şahzadədən bəhs edilir. Hər kəs yaraşıqlı, ağ atlı şəhzadə arzulayır. Bizim şahzadəmizə vergi hələ doğularkən verilib: qızlar onun gülüşü üçün hər şeyə razıdırlar, o isə bunun əvəzində kişilərin mömin qəzəbinə tuş gələcək. Bu vəziyyət ömürlük davam edə bilməz, gec-tez vergi lənətə çevriləcək. İndi yaraşıqlı şahzadənin Krallığı özündən xilas etmək üçün üç günü var.

Tədbirin təşkilində dəstəyi XXI əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi göstərib. Media dəstəkçi ARB Günəş uşaq televiziyası olub.

Son xəbərlər

Orphus sistemi