"CinemaPlus Gənclik Mall"da "Məşhur gəlin” komediya filminin qala gecəsi olub - FOTO

"CinemaPlus Gənclik Mall"da "Məşhur gəlin” komediya filminin qala gecəsi olub - FOTO Gecədə aktyorlar, tanınmış incəsənət nümayəndələri və media nümayəndələri iştirak ediblər
İncəsənət
27 Mart , 2018 21:40
CinemaPlus Gənclik Mallda Məşhur gəlin” komediya filminin qala gecəsi olub - FOTO
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus Gənclik Mall"da komediya janrında olan "Məşhur gəlin” filminin qalası keçirilib.

"Report" xəbər verir ki, filmin qalasında filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Xronometrajı 100 dəqiqə olan filmin rejissoru Rafael Bağırovdur.

"AS Media"nın istehsalı olan ekran işinin baş prodüserləri Sarvan Allahverdiyev və Cavid Gül, icraçı prodüseri Sərxan Qədimov, koordinatoru Zaur Darabzadə, ssenari müəllifləri Elsəvər Camal və Azər Səlimli, səs rejissoru İslam Şirvanidir.

Filmdə rolları Afaq Gəncəli, Rəsul Abbasov, Mənsur Şərif, Şəhriyar Əbilov, Cavid Gül, Kamil Zeynallı ifa ediblər.

Filmin süjet xəttinə görə, Gəncəli Vaqif Afaq Gəncəlini dəlicəsinə sevən, fanatik fanatıdır. Afaq Gəncəlini bu dərəcədə sevən insanın başına gələcək ən gözəl hadisə təbii ki, Afaqın onun maşınına minməsi idi. Vaqifin taksisi ilə hava limanına gedən Afaqın çantası onun maşınında qalır. Vaqif çantanı götürüb Afaq minən təyyarənin arxasınca qaçsa da, çantanı Afaqa verə bilmir. Vaqif maşın alverçisi olan dostu Etibardan Bakıya getmək və çantanı Afaqa vermək üçün kömək istəyir. Çantanı Afaqa vermək üçün yola çıxan dostların başına hadisələr gəlir.

Filmdə bütün hadisələr bundan sonra cərəyan edir. Film martın 29-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

FOTO: Firi Salim

Son xəbərlər

Orphus sistemi