“CinemaPlus”da “Qa-Qa-Qaz” filminin Azərbaycan dublyajında nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da “Qa-Qa-Qaz” filminin Azərbaycan dublyajında nümayişi keçirilib - VİDEO Bakı. 11 may. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunan Çin və ABŞ istehsalı olan “Qa-Qa-Qaz” animasiya filminin nümayişi baş tutub.
İncəsənət
11 May , 2018 11:51
“CinemaPlus”da “Qa-Qa-Qaz” filminin Azərbaycan dublyajında nümayişi keçirilib - VİDEO
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunan Çin və ABŞ istehsalı olan “Qa-Qa-Qaz” animasiya filminin nümayişi baş tutub.

"Report" xəbər verir ki, filmi Əlixan Rəcəbov, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Elşən Rüstəmov, Müşfq Mirzəyov, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Xətai Əli, Rövşən Məmmədli, Səid Nizami, Elman Rəfiyev və Zemfira Əbdülsəmədova səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Komediya cizgi filminin rejissoru Christopher Jenkinsdir.

Animasiya filminin süjet xəttinə əsasən, Pem şən, özündənrazı və uğursuzdur. O, hər dəfə qəribə vəziyyətlərə düşür və bununla da yaxınlarını təhlükəyə atır. Pem, hər zaman cəzalardan yan keçə bilirdi, lakin bu dəfə yox... O, qanadından aldığı xəsarətə görə uğursuz eniş edərək yerə düşür. Pem yerə düşərkən az qala iki balaca qaz balasını əzsin. Lakin öz pis və qeyri-ciddi xasiyyətinə baxmayaraq, Pem balacalara qayğı göstərir.

Son xəbərlər

Orphus sistemi