Bakı. 25 sentyabr. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlarında Azərbaycan Gənclər Film Festivalı keçiriləcək.
"Report"un məlumatına görə, dublyaj redaksiyası Cinemazadeh, ABŞ Səfirliyi, Desperado musiqi məktəbi və Azerbaijan Alumni Association-nın dəstəyi ilə baş tutacaq festival artıq 4-cü dəfədir Bakıda həyata keçirilir.
Oktyabrın 1-dən 3-dək olacaq festivalda Azərbaycan, Amerika və Avropa filmləri nümayiş olunacaq. Həmçinin, müxtəlif filmlərin eksklüziv təqdimatları, master-klasslar və başqa maraqlı mövzular olacaq.
Festivalın builki mövzusu “Öz hekayəni danış” olacaq. Festivalda qaçqınlara hərs olunan ekran işləri ilə yanaşı, qadınlar və Azərbaycandan olan cavan iştirakçılar tərəfindən çəkilən filmlər nümayiş olunacaq.
Festivalın ilk günü “CinemaPlus Gənclik Mall”da furşet və canlı musiqi ilə açılış mərasiminə və qaçqınlardan bəhs edən filmlərin nümayişinə həsr olunacaq.
Oktyabrın 2-də “CinemaPlus Azərbaycan”da iştirakçıların filmləri nümayiş olunacaq. Daha sonra isə təqdimatlar və master-klasslar keçiriləcək. Festivalın sonuncu günü təltif etmə olacaq. Woman In Motion layihəsi öz filmlərini nümayiş etdirəcək. Festivalın bütün günlərinə giriş pulsuz və ictimaiyyətə açıqdır.
Daha ətraflı məlumat üçün bu linkə