Bakı. 19 oktyabr. REPORT.AZ/ “CinemaPlus Azərbaycan” premium kinoteatrında məşhur litvalı sənədli film rejissoru Audryus Stonis ilə görüş keçirilib və onun “Qadın və buzlaq” (Woman and the Glacier) filmi nümayiş etdirilib.
"Report"un məlumatına görə, tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının və Litvanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, diplomatik missiyaların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib ki, Audryus Stonisin filmi ölkələr arasında növbəti mədəniyyət körpüsüdür.
A.Stonis ekran əsərinin necə ərsəyə gəlməsindən danışaraq tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, “Qadın və buzlaq” filmi Qazaxıstanda çəkilib. Film mütləq kinematoqrafik əsərdir, hansı ki, sənədli filmlərdə çox az rast gəlinir. Audryus Stonis Avropada müasir bədii kinematoqrafın lideri sayılır. Hansıkı dünyaya onun son dərəcə yaxşı işləri ilə ötürülür. Bu film qəribə adam, litvalı alim Auşr Revutayt haqqındadır. Rejissor Tyan-Şan dağlarında 3500 metr hündürlükdə Tuyuksu buzlağında tapıb. 61 yaşlı qadın artıq 32 ildir bu buzlaqda yaşayır və bütün ömrünü elmə həsr edib. Bütün bu illəri o, tənhalıq içində yaşayıb – canlı məxluqdan yalnız pişik və it, taxta evdə, demək olar ki, hər zaman soyuq, çox sərt və ağır şəraitdə, havada aşağı miqdarlı oksigen ilə yaşayıb.
Üç ilə çəkilən filmin rejissoru, operatoru Audryus Kemejis və operatorun köməkçisi Tyan-Şan dağlarına hər biri iki həftə çəkən dörd ekspedisiya etməli olublar. Nəticədə sənədli şah əsəri alınıb. Təkcə Auşr Revutaytın həyatından deyil, həm də möhtəşəm dağ təbiətini, buzlaqları, mağaraları, su və daş uçğunlarını göstərir. Rejissor tamaşaçı qarşısında öz qəhrəmanını açıb göstərmək istəyirdi-lakin, onun fikrincə, o, yenə də dağlar kimi açılmamış və sirli qaldı.
Xatırladaq ki, Audryus Stonis 1966-ci il aprelin 28-də Vilnusda aktyor ailəsində doğulub. Litva Dövlət Konservatoriyasının Telerejissorluq fakultəsinin tələbəsi olub. O, Litva kinostudiyasında və Litva televiziyasında işləyib. Nyu-Yorkda təcrübə keçib, Danimarkada Avropa Kinokollecində və Tokionun Vaseda Universitetində sənədli film kursları tədris edib. Avropa Knoakademiyasının və Avropa Sənədli Yayım Şəbəkəsinin üzvüdür. İyirmiyə yaxın beynəlxalq kinofestivalların mükafatlarına layiq görülüb.