“Bu il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”.
"Report" xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.
Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb: “Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.
Xalq artisti əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə olan festivallarda da iştirak edəcək: “Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi cənab Prezidentimiz