Bollivudun ulduzu vəfat etdi
İncəsənət
- 29 aprel, 2020
- 11:31
İrfan Xan
Hindistanın tanınmış aktyorlarından İrfan Xan 53 yaşında Mumbay şəhərində vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir qalın bağırsaq şişindən əziyyət çəkən aktyor 2018-ci ilin mart ayından Londonda müalicə olunurmuş.
O, son aylar yatdığı Mumbaydakı xəstəxanada günorta saatlarında dünyasını dəyişib.
80-dək filmdə çəkilmiş İrfan Xan Bollivudun ənənəvi romantik rollarında çəkilsə də, eyni zamanda Hindistan kinosunun səciyyəvi simalarından olaraq həm də Hollivudun “Pi həyatı”, “Gecəqondu milyonçusu”, “Yura dünyası” kimi məşhur ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.
Ölkə prezidenti Ram Nat Kovind “Twitter” hesabında mərhumu “nadir istedad və brilyant aktyor” olaraq səciyyələndirib.
Son xəbərlər
21:27
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb
Formula 121:25
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
Region21:21
Foto
Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə21:03
Latviya Rusiya və Belarusdan idxal olunan taxıla 300 %-lik tarif tətbiq etməyi planlaşdırır
Digər ölkələr20:51
Paolo Vanoli yenidən "Fiorentina"nın baş məşqçisi təyin olunub
Futbol20:51
Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var
Region20:42
Azərbaycan BAEA iclasında nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb
Xarici siyasət20:29
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb
Digər ölkələr20:16