Bakı. 17 aprel. REPORT.AZ/ "Art Up" bədii studiyası rəssamlığa yeni başlayanlar üçün Bakıda qeyri-adi ekspress kurslar açır.
Bu barədə "Report"a studiyanın art-direktoru Sevda Mehdiyeva məlumat verib.
"Kursa yazılanları bütün lazımi materiallarla təmin edirik. Bundan əlavə, şəxs istənilən məşhur şəkili seçə və sonra usta müəllimlərin dəstəyi ilə bir neçə dərsdə onu çəkə bilər. Kursun bütün müəllim heyəti müvafiq akademik təhsil alıblar", - S.Mehdiyeva bildirib.
O vurğulayıb ki, studiya həmçinin həftədə iki dəfə olmaqla, bir aylıq müddətə akademik rəsm tədris üzrə proqram həyata keçirir.
"Sketçinq, interyer dizayn, ebru (su üzərində rəsm - red.) üzrə məşhur azərbaycanlı və əcnəbi rəssamların iştirakı ilə master-klasslar keçirməyi planlaşdırırıq", - art-direktor deyib.
Qeyd edək ki, studiyanın ofisi Adil İsgəndərov küçəsi 2-8-də, funikulyorun yaxınlığında yerləşir.