Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb

Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb.
İncəsənət
20 Oktyabr , 2022 11:17
Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb

Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb.

“Report” xəbər verir ki, sərgi Milli İncəsənət Muzeyinin və Belçikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

“Sərgi Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunub. Ümid edirik və inanırıq ki, incəsənət vasitəsilə əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik", - Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans açılış mərasimində deyib.

Komikslər "9-cu incəsənət" hesab olunur. Bu janrda trend yaradan mövqe Belçikaya məxsusdur. Brüsseldə komikslərə həsr olunmuş muzeylər, komiksləri əldə edə biləcəyiniz çoxlu butiklər və mağazalar fəaliyyət göstərir.

İllüstratorlar Olivye Şrauven, Hak Limans, Jan-Klod Serve, Jeff Neeys, Brext Evens, Didye Komes, Frankenin əsərləri sayəsində sərgi iştirakçıları Belçikanın şəhərləri və görməli yerləri, həmçinin ölkənin mədəni ənənələri ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi