Mayın 25-də
"Report" xəbər verir ki, konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “
İsrailin Azərbaycandakı səfirinin birinci müşaviri xanım Avital Rosenberq bununla bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, belə bir dost ölkədə israilli musiqiçinin konsertini keçirməkdən çox məmnundurlar: "Markın İsrailə bu qədər dost olan ölkədə ilk dəfə çıxış edəcəyi bizim üçün böyük qürurdur”.
Azərbaycan Dövlət Televiziyasının solisti, Əməkdar artist Bəyimxanım Vəliyeva İsraildə birgə konsertlərində Markla tanış olduğunu deyib: "Bundan sonra birgə layihələr həyata keçirmək barədə razılaşdıq. Bu il Mark mənə kompiozisiyalarının birini göndərib ona azərbaycanca sözlər tapmağı xahiş etmişdi. Mən də uyğun bir şer tapa bilmir, musiqiyə həmahəng sözlər gəlmirdi. Başqa kompozisiyalarını dinləməyə başladım. Nəhayət, “Do You Remember”ə qulaq asarkən Böyük Şəhriyarın “Ulduz sayaraq” şeirini zümzümə etməyə başladım. Beləcə həmin kompozisiyanı yazdıq. Buna çox şadam, xoşbəxtəm. Həmin kompozisiyanı qarşıdakı konsertdə ifa etmək fikrindəyik. Əməkdaşlığımız davam edəcək”.
Qeyd edək ki, 1982-ci ildə Dağıstanda dünyaya gələn Mark Eliyahu altı yaşında ailəsi ilə İsrailə köçüb. Musiqiçilər ailəsinin övladı olan Mark 4 yaşından viola dərslərinə gedib. Məşhur musiqiçi 20 il öncə görkəmli kamança ustası Habil Əliyevin ifasına qulaq asır. Bundan təsirlənən Mark Eliyahu Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Onun ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən hədiyyədir. Bu günə qədər də Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.