Bakıda Güney Azərbaycandan olan tanınmış rəssam və heykəltəraşın sərgisi keçiriləcək

Bakıda Güney Azərbaycandan olan tanınmış rəssam və heykəltəraşın sərgisi keçiriləcək Bakı. 21 may. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcək.
İncəsənət
21 May , 2018 17:39
Bakıda Güney Azərbaycandan olan tanınmış rəssam və heykəltəraşın sərgisi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, sərginin açılışı mayın 22-də saat 18:00-da Muzey Mərkəzində təşkil olunacaq. Sərgiyə giriş sərbəstdir. Sərgi cari il mayın 26-dək davam edəcək.

Qeyd edək ki, Vədud Salim oğlu Müəzzin 1958-ci il avqust ayının 11-də İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olub. 1980-cı ildən peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Rəsm və incəsənət kurslarında iştirak edib, Türkiyənin Memar Sinan Universitetini bitirib. ABŞ (Los Anceles, 1990), Fransa (Paris, 1992), Kanadada (1995), İranın Təbriz, Urmiya, Rəşd, Ənzəli və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil edilib. Bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Azərbaycan-İran mədəni əlaqələrinin yaranması və inkişafına xidmət edən rəssamın Bakıda ilk fərdi sərgisi 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində (indiki Milli İncəsənət Muzeyi) keçirilib. Onun yaratdığı Ümummilli lider Heydər Əliyevin portreti də həmin sərgidə nümayiş etdirilib və tamaşaçıların rəğbəti ilə qarşılanıb. 2014-cü ildə rəssamın növbəti sərgisi Bakıdakı Muzey Mərkəzində təşkil olunub. O, 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.

Sərgidə V.Müəzzinin son illərdə İranda və Azərbaycanda yaratdığı əsərlər nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi