Bakıda “Əmanət” filminin ilk nümayişi keçirilib

Bakıda “Əmanət” filminin ilk nümayişi keçirilib Bakıda rejissorlar Anton Sievers və Rauf Kubayevin “Əmanət” filminin ilkin nümayişi keçirilib.
İncəsənət
20 May , 2022 17:35
Bakıda “Əmanət” filminin ilk nümayişi keçirilib

Bakıda rejissorlar Anton Sievers və Rauf Kubayevin “Əmanət” filminin ilkin nümayişi keçirilib.

“Report” xəbər verir ki, nümayişdə baş rollardan birinin ifaçısı, Rusiyanın xalq artisti Andrey Sokolov, kinoprodüser Şamil Cəfərov, eləcə də filmin əksər hissəsinin çəkildiyi Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Filmin prodüserinin sözlərinə görə, filmin ilk beynəlxalq nümayişini Bakıda keçirmək qərara alınıb.

Filmdə baş rollarda Amin Xuratov, Varvara Komarova, Aleksandr Miçkov, Yekaterina Quseva, Andrey Sokolov və başqaları çəkilib.

“Əmanət” filmi 19-cu əsrin birinci yarısında Rusiyanın hərb tarixinin dramatik hadisələri fonunda Şeyx Şamilin oğlu Camalutdin və Liza Oleninanın sevgisindən bəhs edir. Camalutdin tarixə “böyük girov” kimi düşüb. Film də belə bir suala cavab vermək cəhdidir: böyük siyasətin girovu, yoxsa böyük sevginin? Nikolay dövrünün tənəzzülünün tarixi konteksti fonunda cərəyan edən sevgi və xəyanət, şərəf və vəzifə, vətənə xidmət və verilən sözə sədaqət hekayəsi filmin əsas qayəsini təşkil edir.

Filmin Moskvada premyerası mayın 24-ü baş tutacaq.

Son xəbərlər

Orphus sistemi