Bakıda Avropa Film Festivalının açılışı olub

Bakıda Avropa Film Festivalının açılışı olub Bu il təşkil olunan festivalda 18 avropalı rejissorun filmi və Azərbaycan filmi nümayiş olunacaq
İncəsənət
29 Oktyabr , 2015 18:34
Bakıda Avropa Film Festivalının açılışı olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda VI Avropa Film Festivalının açılışı olub. "Report" xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirlikləri tərəfindən təşkil olunub. 

Bu il təşkil olunan festivalda rekord sayda film nümayiş olunacaq. 

Festivala Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Böyük Britaniya və Azərbaycan filmləri daxildir.

Noyabrın 5-də Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı nümayiş olunacaq. 

Festivalın açılışında Belçikanın "Turkuaz" filmi nümayiş etdiriləcək. 

Festival noyabr ayının 6-da başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi