BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib

BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib Bakı. 11 fevral. REPORT.AZ/ Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.
İncəsənət
11 Fevral , 2019 02:39
BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib

Bakı. 11 fevral. REPORT.AZ/ Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.

“Report” "Sky News"a istinadən xəbər verir ki, Meksika rejissoru Alfons Kuaronun lentə aldığı "Roma" dramı "Ən yaxşı film" kateqoriyasında qalib gəlib.

Kuaron həmçinin "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.

Rejissor Yorqos Lantimosun ekranlaşdırdığı "Favorit qadın" tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq görülüb.

Oliviya KolmanReyçel Vays "Favorit qadın" filminə görə müvafiq olaraq "Ən yaxşı qadın rolu" və "İkinci planda ən yaxşı qadın rolu" nominasiyalarında qalib gəliblər.

"Bohem rapsodiyası" bioqrafik ekran əsərində Freddi Merkurini canlandıran Rami Malek "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.

Son xəbərlər

Orphus sistemi