Bakı. 13 noyabr. REPORT.AZ/ Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib.
"Report"un məlumatına görə, turnirdə iştirak edən azərbaycanlı Mina Abbasova qızıl medala layiq görülüb.
Turnirdə ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda təmsil olunur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əmindirlər. O, Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb.
M.Abbasova bu il dekabr ayının 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulas” yarışında, dekabr ayının 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək “Lüksemburq Kuboku-2017” beynəlxalq turnirində iştirak edəcək.