Tbilisi. 30 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Miss and Mister Planet - 2018” beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, “Miss Planet - 2018” tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, “Mister Planet - 2018” tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb.
“Miss Planet 2018” titulu uğrunda yarışmada Azərbaycanı təmsil edən Züleyxa Orucova isə internet üzərindən keçirilmiş səsvermədə media arasında rəğbətə görə ilk beşlikdə yer alıb.
Gözəllik müsabiqəsinə Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya daxil olmaqla ümumilikdə 35 ölkəni təmsil edən modellər qatılıb.
Müsabiqənin qaliblərinə qızıl tac və 5000 avro məbləğində pul mükafatı təqdim olunub.