Azərbaycanın tanınmış qiraətçisi, əməkdar artist Ağalar Bayramov evində yıxılaraq xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, əməkdar artist fevralın 3-də ehtiyatsızlıqdan yıxılıb: "O, bir neçə gündür M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunur. Hazırda özünü yaxşı hiss edir".