Azərbaycanın muğam ifaçıları beynəlxalq müsabiqədə I yerə layiq görülərək 10 min dollar qazanıblar

Azərbaycanın muğam ifaçıları beynəlxalq müsabiqədə I yerə layiq görülərək 10 min dollar qazanıblar Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib.
İncəsənət
11 Sentyabr , 2018 10:59
Azərbaycanın muğam ifaçıları beynəlxalq müsabiqədə I yerə layiq görülərək 10 min dollar qazanıblar
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. 

Azərbaycanın Özbəkistandakı Səfirliyinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.

Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.

Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.

Qeyd edək ki, mükafat fondunun 10 min ABŞ dolları təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın Mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və Azərbaycan muğamçılarının çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi