Azərbaycanın əməkdar mədəniyyət işçisi vəfat edib

Azərbaycanın əməkdar mədəniyyət işçisi vəfat edib O, “Yol əhvalatı”, “Qəm pəncərəsi”, “Sahilsiz gecə” və digər ekran əsərlərində film direktoru işləyib
İncəsənət
27 Yanvar , 2017 16:05
Azərbaycanın əməkdar mədəniyyət işçisi vəfat edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rimma Abdullayeva vəfat edib.

Bu barədə "Report"a“ Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Rimma Əli qızı Abdullayeva 24 oktyabr tarixində 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra “Mosfilm” kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.

Rimma Abdullayeva “Bir cənub şəhərində”, “Qətldən sonra yeddi gün”, “Yol əhvalatı”, “Qaladan tapılan mücrü”, “Qəm pəncərəsi”, “Avqust gələndə”, “Sahilsiz gecə” və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.

Son xəbərlər

Orphus sistemi